05/04/2021
14:41
974
| A A A
La Liqa matçında irqçilik

İspaniya La Liqasının 29-cu turu çərçivəsində keçirilən Cadiz – Valencia matçında xoşagəlməz hadisə yaşanıb.

Goal.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Valencia-lı Muktar Diakabi rəqib futbolçu Xuan Kala ilə mübahisə edib.

Cadiz-in müdafiəçisi Kala, Diakabiyə qarşı irqçi ifadələr işlədib və Qvineya əsilli fransalı futbolçu meydanı tərk edib. Diakabidən sonra Valencia-nın və Cadiz-in bütün futbolçuları paltardəyişmə otağına yollanıb.

Oyunda yaranan 10 dəqiqəlik fasilədən sonra hakim hər iki komandanın üzvləri ilə danışıb və matç qaldığı yerdən davam edib. İrqçiliyə məruz qalan Diakabi isə Qillamon ilə əvəzlənib.

Cadiz – Valencia matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15550 səs