09/09/2021
12:55
2161
| A A A
Atletico Madrid Qrizmannı təqdim etdi

Atletico Madrid klubu bu yay transfer pəncərəsinin sonuncu günündə heyətinə qatdığı fransalı futbolçu Antuan Qrizmannı təqdim edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təqdimat mərasimi Madrid təmsilçisinin ev oyunlarını keçirdiyi “Vanda Metropolitano” stadionunda baş tutub.

Müqavilə ilə Barcelona-ya məxsus olan 30 yaşlı hücumçunun icarə müddəti istənilən vaxt daha 1 illik uzadıla bilər. Müqavilədə təcrübəli forvardı 40 milyon avroya satın alma öhdəliyi də var.

Xatırladaq ki, Barcelona Qrizmannı 2019-cu ildə məhz Atletico-dan transfer etmişdi və onun transferinə 120 milyon avro xərcləmişdi.