12/09/2021
12:26
3046
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid-in futbolçusu Qaret Beyl sıradan çıxıb.

Goal.az xəbər verir ki, uelsli yarımmüdafiəçinin ayaq əzələsində problem aşkarlanıb. Beyl zədə səbəbindən Real-ın növbəti iki oyununu buraxacaq.

“Kral klubu” növbəti 2 matçında La Liqada Celta ilə, Çempionlar Liqasında isə İnter-lə qarşılaşacaq.

Bu gün keçiriləcək Real Madrid – Celta matçı saat 23:00-da start götürəcək.