13/09/2021
19:24
3777
| A A A
Kamavinqa Real Madrid-in tarixinə keçdi

Real Madrid İspaniya La Liqasının 4-cü turunda Celta Vigo-nu məğlub edib – 5:2.

Goal.az xəbər verir ki, “kral klubu”nun yeni transferi Eduardo Kamavinqa sözügedən oyunda iştirak edərək, debüt edib. Kamavinqa debüt oyununda qol vuraraq Real-ın tarixinə düşüb.

Belə ki, qarşılaşmada komandasının 4-cü qolunu vuran fransalı yarımmüdafiəçi, klubun tarixində debüt oyununda qol vuran ən gənc ikinci futbolçu olub. O, buna 18 yaş 306 günlüyündə nail olub.

Real-da debüt oyununda qol vuran ən gənc futbolçu Rodriqodur. Hücumçu 18 yaş 259 günlüyündə fərqlənib.