28/10/2021
14:12
5753
| A A A
Kumanın təzminat məbləği bilindi

Barcelona-nın istefaya göndərdiyi baş məşqçi Ronald Kumana nə qədər təzminat ödəyəcəyi müəyyənləşib.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı mütəxəssislə müqaviləni vaxtından ləğv etdiyinə görə, ona 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kuman La Liqanın 11-ci turunda Rayo Vallecano-ya 0:1 hesablı məğlubiyyətdən sonra qovulub. O, 2020-ci ilin avqustundan Kataloniya klubunu çalışdırırdı.