20/11/2021
17:38
1080
| A A A
UEFA Qrizmannın cəzasını azaldıb

UEFA Atletico Madrid-in futbolçusu Antuan Qrizmanna verdiyi 2 oyunluq cəzaya endirim edib.

Goal.az xəbər verir ki, fransalı hücumçunun cəzası 1 oyuna endirilib.

UEFA Qrizmannı Çempionlar Liqasının Milan-la səfər oyununda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırmışdı. Atletico buna etiraz edərək, cəzanın endirilməsi üçün UEFA-ya müraciət etmişdi.