21/11/2021
11:57
986
| A A A
Aquero karyerasını başa vurur?

Barcelona-nın hücumçusu Serxio Aquero karyerasını başa vuracaq.

Goal.az xəbər verir ki, 33 yaşlı futbolçu gələn həftə keçiriləcək mətbuat konfransında qərarını açıqlayacaq. Aqueronun futboldan getməsinə səbəb ürəyində yaranan problemlərdir.

Xatırladaq ki, argentinalı oyunçu La Liqanın 12-ci turunun Alaves-lə oyununda (1:1) ilk hissədə əvəzlənmişdi. Sonra onun ürəyində problem olduğu üçün ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.