29/11/2021
15:58
1493
| A A A
Benzema tarixə keçdi

Real Madrid-in futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu buna evdə Sevilla-nı 2:1 hesabı ilə məğlub etdikləri XV tur oyununda nail olub.

Komandasının ilk qoluna imza atan forvard tarixə düşüb. Benzema klub karyerasında 361-ci qolunu vurub. O, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klub futbolu tarixinin bombardiri adına sahib çıxıb.

Qeyd edək ki, Kərim Benzema cari mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 18 görüş keçirib və 16 qol vurub. "Kral klubu" 33 xalla La Liqanın lideridir.