30/11/2021
23:22
2507
| A A A
Real Madrid-də Hazard şoku

Real Madrid ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eden Hazard sıradan çıxıb.

Əzələ ağrılarından əziyyət çəkən belçikalı futbolçu hazırda komanda ilə məşqlərdə iştirak etmir. Onun La Liqanın 9-cu turundan təxirə salınmış Athletic Bilbao ilə oyunda iştirak etməyəcəyi bildirilir.

Real-da Qaret Beyl və Dani Sebalyos da fərdi məşqlərlə kifayətlənir. Onlar da növbəti matçı buraxacaqlar.

9-cu turdan təxirə salınmış Real Madrid – Athletic Bilbao matçı dekabrın 1-də keçiriləcək.