02/12/2021
12:24
1903
| A A A
Barcelona sabiq məşqçisinə təzminat ödəyəcək

Barcelona-nın sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.

Goal.az xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssisə 4 milyon avro ödəyəcək.

Daha əvvəl Setyenin məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro alacağı iddia olunurdu.

Xatırladaq ki, Kike Setyen 2020-ci ildə Barselona-ya rəhbərlik edib. Lakin uğursuz nəticələr səbəbindən vaxtından əvvəl istefaya göndərilib.