04/12/2021
19:08
2336
| A A A
Atletico Madrid Oblakla bağlı qərarını verdi

Atletico Madrid futbolçusu Yan Oblakla müqavilənin müddətini artırmaq istəyir.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi sloveniyalı qapıçının maaşını artıraraq, onunla yeni müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, 2014-cü ildən Atletico-da çıxış edən Oblakın hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.