05/12/2021
19:36
3637
| A A A
Fatinin durumuna aydınlıq gəldi

Barcelona-nın futbolçusu Ansu Fati ən az 2 həftə daha meydana çıxmayacaq.

Goal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi hələ də zədəsini bərpa edə bilməyib. Bu səbəbdən o, komandanın məşqlərinə də qatılmır. Fati Çempionlar Liqasının 6-cı turunda Bayern Münich ilə görüşü də buraxmalı olacaq.

Qeyd edək ki, Ansu La Liqanın 13-cü turunda Celta Vigo ilə görüşdə sıradan çıxıb.