23/01/2022
17:50
813
| A A A
Athletic Bilbao-nun kapitanı koronavirusa yoluxdu

Athletic Bilbao-nun futbolçusu İker Muniain koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, Athletic-in kapitanı bu mövsüm La Liqada 20 oyunda 2 qol vurub.