03/05/2022
17:26
596
| A A A
Barcelona-da yeni müqavilə

Barcelona yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi komandanın gənc futbolçusu Niko Qonzaleslə yeni sözləşmə imzalamaq üçün danışıqlara başlayıb. Yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.