04/05/2022
14:48
977
| A A A
Marselo Real Madrid-də qala bilər

Real Madrid braziliyalı futbolçusu Marselo ilə bağlı qərarını dəyişib.

Goal.az xəbər verir ki, İspaniya klubu müqaviləsi yayda başa çatacaq müdafiəçini saxlamaq niyyətindədir.

Madridlilər onunla anlaşmanı uzatmaq qərarına gəlib. 33 yaşlı futbolçunun mövsümün sonunda azad agent kimi özünə yeni klub axtaracağı gözlənilirdi.