06/05/2022
21:21
2589
| A A A
Benzema ayın futbolçusu seçildi

İspaniya La Liqasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, ötən ayın ən yaxşısı Real Madrid-in hücumçusu Kərim Benzema olub. Bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

34 yaşlı Pyerre-Emerik Aubameyanq (Barcelona), Ante Budimir (Osasuna), Borxa Mayoral (Getafe), Xose Luis Morales (Levante) Yohan Moxika (Elche) və Vedat Muriçi (Mallorca) qabaqlayıb.

Qeyd edək ki, Kərim Benzema aprel ayında La Liqada meydana çıxdığı 5 oyunda 4 qol vurub.