09/05/2022
14:38
1328
| A A A
Simeone Ançelottini keçdi

Atletico Madrid-in baş məşqçisi Dieqo Simeone Real Madrid-dəki həmkarı Karlo Ançelotti ilə duellərdə üstünlüyü ələ alıb.

Goal.az xəbər verir ki, argentinalı mütəxəssis derbilərdəki qələbə sayında rəqibini keçib.

Bu, La Liqanın 35-ci turunda rəsmiləşib. Atletico öz meydanına rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Bu, Simeone ilə Ançelottinin iştirakı ilə baş tutan 15-ci paytaxt derbisi olub. Argentinalı 6-cı dəfə italiyalı üzərində qələbəyə sevinib. Ançelotti isə 5 dəfə qalib olub. Digər 4 matç heç-heçə başa çatıb.