Dembele Messini keçdi
Barcelona-nın hücumçusu Usman Dembele İspaniya La Liqasının 36-cı turunda Celta Vigo-ya qarşı matçda məhsuldar ötürmə edib.
Goal.az xəbər verir ki, bu assist Dembelenin 2022-ci ildə etdiyi 10-cu assist olub. Bu göstərici ilə fransız futbolçu Avropanın "Top 5" liqarında hamını qabaqlayır.
Qeyd edək ki, daha öncə siyahıya 9 assistlə PSG-nin hücumçusu Lionel Messi başçılıq edirdi.