Real Madrid müdafiəçisiylə razılığa gəldi
Real Madrid futbolçusu Naço Fernandez ilə müqaviləni uzadacaq.
Goal.az xəbər verir ki, tərəflər anlaşma imzalamaq barədə razılaşıblar.
32 yaşlı müdafiəçinin yeni müqaviləsi 2024-cü ilin yayına qədər olacaq. Lakin bunun rəsmən açıqlanacağı tarix bəlli deyil. Naçonun əvvəlki müqaviləsi 2023-cü ilin yayında başa çatmalı idi.