11/05/2022
12:22
2004
| A A A
Barcelona-da ciddi zədə

Barcelona-nın müdafiəçisi Ronald Arauxo Celta Vigo-ya qarşı matçda ciddi xəsarət alıb.

Goal.az xəbər verir ki, uruqvaylı futbolçu meydanı təcili tibbi yardım arabası ilə tərk edib. Müayinələrdən sonra məlum olub ki, Arauxo beyin sarsıntısı keçirib. Futbolçu növbəti testlər üçün xəstəxanaya yerləşdirilib.