13/05/2022
12:00
758
| A A A
Benzema Raula çatdı

Real Madrid İspaniya La Liqasının 36-cı turunda Levante-yə 6:0 hesabı ilə qalib gəlib.

Goal.az xəbər verir ki, qollardan birini Real-ın hücumçusu Kərim Benzema vurub. Bu qol fransız futbolçunun Real Madrid forması ilə 323-cü qolu olub. Bu göstərici ilə o, Raula çatıb. 

Qeyd edək ki, siyahıya 450 qolla Kriştiano Ronaldo başçılıq edir.