13/05/2022
21:52
931
| A A A
La Liqa klubunda baş məşqçi ayrılığı

Espanyol baş məşqçisi Visente Moreno ilə yollar ayırıb.

Goal.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.

Moreno 2020-ci ilin avqustundan Espanyol-u çalışdırırdı. Komanda onun rəhbərliyi ilə bu mövsüm La Liqada 36 oyunda 10 qələbə qazanıb, 16 dəfə isə məğlub olub. Kataloniya təmsilçisi çempionatda 40 xalla 13-cü sıradadır.