27/05/2022
14:00
1174
| A A A
Barcelona-da yeni müqavilə

Barcelona 39 yaşlı futbolçu Dani Alveslə yeni müqavilə bağlamağa yaxındır.

Goal.az xəbər verir ki, braziliyalı müdafiəçi bu il Qətərdə keçiriləcək dünya çempionatına getmək istəyir. Bu səbəbdən, Alves karyerasını davam etdirmək niyyətindədir.

O, cari mövsümdə 16 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu qazandığı titul sayında rekordçudur.

Qeyd edək ki, Dani Alveş 2008 - 2016-cı illərdə də formasını geyindiyi Barcelona-ya 2021-ci ilin noyabrında qayıdıb və bu mövsümün sonunadək müqavilə bağlayıb. (report)