29/05/2022
15:20
3230
| A A A
Real Madrid Modriçlə bağlı son qərarını verdi

Real Madrid yarımmüdafiəçisi Luka Modriçlə müqaviləni uzadıb.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano tvitter hesabında məlumat yayıb. O, xorvat oyunçu ilə sözləşmənin müddətinin 1 il artırıldığını bildirib.

Qeyd edək ki, Modriç son mövsümdə 45 oyunda 3 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.