Real Madrid-də Kroosla bağlı qərar verilib
Real Madrid-in yarımmüdafiəçisi Toni Kroos UEFA Çempionlar Liqasının Liverpool-la (1:0) final oyunundan sonra karyerasını Madrid klubunda davam etdirəcəyini açıqlayıb.
Goal.az xəbər verir ki, alman futbolçu daha bir neçə il Madriddə qalacağını deyib:
“Mən daha iki il Real-da qalmaq istəyirəm. Özümü burada yaxşı hiss edirəm”.
Qeyd edək ki, Kroos 2014-cü ildən Real-da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.