Real Madrid-də növbəti ayrılıq
Real Madrid-in yarımmüdafiəçisi İsko Madrid klubunu tərk edib.
Goal.az xəbər verir ki, bu barədə futbolçunun özü instaqram hesabında paylaşım edib:
"Real ilə 9 ildən sonra klubdakı vaxtım sona çatır. Dəstəyə və sevgiyə görə hamıya təşəkkür edirəm!"
İsko Madrid klubunda 353 oyun keçirib, 53 qol, 56 məhsuldar ötürmə ilə yadda qalıb.