Real-da yeni müqavilə
Real Madrid müdafiəçisi Eder Militaoya yeni müqavilə təklif etməyi düşünür.
Goal.az xəbər verir ki, braziliyalı futbolçunun cari müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. Madrid təmsilçisi Militaonun maaşını qaldırmaq istəyir.
Qeyd edək ki, tərəflər artıq görüşlərə başlayıb və yeni sözləşmənin müddətinin 2028-ci ilə qədər olacağı gözlənilir.