01/06/2022
15:26
2269
| A A A
Beyl Real Madrid-dən ayrıldı

Uels millisinin futbolçusu Qaret Beyl Real Madrid-dən ayrılıb.

Goal.az xəbər verir ki, 32 yaşlı vinger bu barədə instaqram hesabında bildirib.

Beyl "kral klubu"nda unuda bilməyəcəyi nailiyyətlər qazandığını vurğulayıb. O, paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə təşəkkür edib.

Qeyd edək ki, 2013-cü ildən Real Madrid-də çıxış edən Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.