08/06/2022
16:49
1144
| A A A
Real Madrid Modriçin müqaviləsini yenilədi — RƏSMİ

Real Madrid futbolçusu Luka Modriçlə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə bir illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, xorvatiyalı oyunçu 2012-ci ildən paytaxt təmsilçisində çıxış edir. Modriç 2021/2022 mövsümündə 45 qarşılaşmada 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.