La Liqa klubu Falkao ilə bağlı qərarını açıqladı
Rayo Vallecano-nun idman direktoru David Kobenyo hücumçu Radamel Falkaonun gələn mövsüm də bu komandada oynayacağını açıqlayıb.
Goal.az xəbər verir ki, klub rəsmisi, bir neçə günə Falkao ilə yeni müqavilə bağlanacağını deyib:
“O, gələn mövsüm komandamızda oynamağa davam edəcək. Bir neçə gündən sonra rəsmi açıqlama olacaq. Falkaonun anlaşmasında müqavilənin daha bir il uzadılması variantı var idi və biz bundan yararlandıq”.
Falkao 2021-ci ildə Rayo Vallecano-ya keçib. 36 yaşlı kolumbiyalı ötən mövsüm La Liqada 22 matçda forma geyinib və 6 qol vurub. (matc)