Barcelona-da yeni müqavilə
Barcelona futbolçusu Serxi Roberto ilə müqavilənin müddətini uzadıb.
Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi 2023-cü ilin yayınadək Barça-da oynayacaq. Anlaşmaya görə, onun təzminat məbləği 400 milyon avrodur.
Qeyd edək ki, Serxi Roberto 2010/11 mövsümündən əsas komandada çıxış edir.