Poçettino La Liqaya qayıda bilər
PSG-nin argentinalı baş məşqçisi Maurisio Poçettino İspaniyaya qayıda bilər.
Goal.az xəbər verir ki, mütəxəssisin tezliklə Fransa çempionlarının düşərgəsindən qovulacağı gözlənilir.
Athletic Bilbao-nun prezidentliyinə iddialılardan biri Rikardo Barkala Poçettinonu komandaya baş məşqçi təyin etmək istəyir.
Xatırladaq ki, son mövsümün sonunda Athletic baş məşqçisi Marselino istefaya göndərilib.