16/06/2022
10:02
1786
| A A A
Barcelona-da Alveşlə bağlı qərar verildi

Braziliyalı müdafiəçi Daniel Alveş Barcelona-dan ayrıldığını açıqlayıb.

Goal.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu sosial şəbəkədə yazıb.

O, Kataloniya təmsilçisindən yeni müqavilə təklifi almadığını və ötən ilin noyabrında imzaladığı sözləşmənin müddəti başa çatdığı üçün klubla vidalaşdığını bildirib. Alveş iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agentə çevriləcək.

Müdafiəçi ötən mövsüm Barcelona-nın heyətində bütün turnirlər çərçivəsində 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Alveş daha əvvəl 2008-2016-cı illərdə Barcelona-da çıxış edib.