18/06/2022
16:24
2621
| A A A
Real Madrid-də yeni müqavilə

Real Madrid Kərim Benzema ilə yeni müqavilə imzalayacaq.

Goal.az xəbər verir ki, "kral klubu" fransalı hücumçunu yeni müqavilə üçün razı sala bilib. Yeni müqaviləyə əsasən fransalı 2024-cü ilə qədər "Real"a məxsus olacaq.

2009-cu ildən Madrid klubunda oynayan Benzema indiyə qədər 605 oyuna çıxıb 323 qol vurub, 159 assist edib. (sportal)