Real Madrid-də ayrılıq
Real Madrid gələn mövsüm yarımmüdafiəçisi Toni Kroosla yollarını ayıra bilər.
Goal.az xəbər verir ki, buna səbəb futbolçunun "kral klubuyla" yeni sözləşmə imzalamaq istəməməsidir. 32 yaşlı futbolçunun Real-la müqaviləsi 2023-cü ilin yayında başa çatır.