Athletic Bilbao-nun yeni baş məşqçisi bilindi
Athletic Bilbao-nun yeni baş məşqçisi məlum olub.
Goal.az xəbər verir ki, La Liqa təmsilçisinin sükanı Ernesto Valverdeyə tapşırılıb. Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Valverde daha əvvəl 2013-2017-ci illərdə bu komandanı çalışdırıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin iyulundan 2020-ci ilin yanvarına qədər Barcelona-da baş məşqçilik edib.