11/07/2022
15:03
2140
| A A A
Barcelona dünya çempionu ilə müqaviləni uzadır

Barcelona futbolçusu Usman Dembele ilə müqavilənin müddətini uzadır.

Goal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

25 yaşlı hücumçu ötən gün axşam saatlarında Barselona şəhərinə çatıb. Fransalı forvardın yeni sözləşməsi 2024-cü ilin iyununadək nəzərdə tutulacaq.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes oyunçunun komandada qalmasını istəyib. Bundan əlavə, Dembele maaşının azaldılmasına da razı olub.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən Barcelona-da çıxış edir. Hücumçu 2018-ci ildə Fransa millisi ilə dünya çempionatının qalibi olub. (report)