11/07/2022
19:42
3307
| A A A
Barcelona-nın futbolçusu tibbi müayinədən keçə bilməyib

Barcelona-nın futbolçusu Samuel Umtitinin Rennes-ə transferi baş tutmayıb.

Goal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi tibbi müayinədən keçə bilməyib.

Bu, Kataloniya təmsilçisinin rəhbərliyini məyus edib.

Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən Barcelona-da çıxış edir. Fransalı oyunçunun klubla müqaviləsi 2026-cı ildə başa çatmalıdır.(report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI