14/07/2022
22:29
1863
| A A A
İspaniya La Liqasının adı dəyişdirilir

"Banco Santander" İspaniya La Liqasının baş sponsoru olmaqdan imtina etdikdən sonra çempionatının adı dəyişəcək.

Goal.az xəbər verir ki, informasiya "Marca"ya məxsusdur.

Mənbə ad dəyişikliyinin 2023/2024-cü illər mövsümündə həyata keçiriləcəyini vurğulayıb.

Yeni sponsor bu ilin avqustunda açıqlanacaq. Həmin şirkətlə İspaniya çempionatı arasında 5 illlik müqavilə imzalanacağı gözlənilir. (fanat)