Athletic Bilbao-da yeni müqavilə
Atletich Bilbao yarımmüdafiəçisi Ander Kapa ilə müqavilənin müddətini artırıb.
Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb.
İspaniyalı vingerin klubla əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi. O, 2018-ci ildən Bilbao təmsilçisinin uğurları üçün çalışır. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 105 oyunda 5 qol vurub.