Atletico Madrid-in stadionunun adı dəyişdirildi
Atletico Madrid-in ev oyunlarını keçirdiyi stadionunun adı dəyişdirilib.
Goal.az xəbər verir ki , əvvəllər “Wanda Metropolitano” kimi tanınan arena yeni sponsorun adına uyğun “Civitas Metropolitano” adlandırılıb.
Belə ki, “Wanda Group” ilə müqavilə ötən mövsümün sonunda başa çatıb. Bu üzdən də Madrid təmsilçisinin yeni tərəfdaşı “Civitas Pacensis” adlı daşınmaz əmlak agentliyi olub.