21/07/2022
18:50
3094
| A A A
Atletico Madrid Oblakla bağlı qərarını verdi

Atletico Madrid-in qapıçısı Yan Oblak tezliklə Madrid klubu ilə yeni müqavilə imzalayacaq.

Goal.az xəbər verir ki, tərəflər artıq müqavilənin bütün şərtləri ilə bağlı razılığa gəliblər. Atletico gələn həftə sloveniyalı oyunçu ilə müqavilənin uzadılmasını rəsmən elan edəcək. Yeni müqaviləyə əsasən, 29 yaşlı qapıçının maaşı illik 12 milyon avroya yüksələcək.

Qeyd edək ki, Oblakın klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

GÜNÜN ƏN ÇOX OXUNANLARI