21/07/2022
22:46
2071
| A A A
Real Madrid Benzemanın müqaviləsini yeniləyir

Real Madrid hücumçusu Kərim Benzemaya yeni müqavilə təklif edib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi Fransa millisinin üzvünün gələn ilin yayında başa çatacaq sözləşməsini daha 1 il uzatmaq istəyir.

Qeyd edək ki, Benzema ötən mövsüm La Liqada 32 oyuna çıxıb, 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.