29/09/2022
10:59
2147
| A A A
Real Madrid-də şok itki

Real Madrid-in futbolçusu Luka Modriç zədələnib.

Goal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi milli komandanın düşərgəsində zədələnib.

37 yaşlı oyunçuya bud əzələlərinin həddindən artıq yüklənməsi diaqnozu qoyulub. Təcrübəli futbolçu ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Onun Osasuna və Getafe ilə La Liqa matçlarını, həmçinin, Shakhtar Donetsk ilə UEFA Çempionlar Liqasının qrup oyununu buraxacağı dəqiqdir.