Atletico Madrid 19 yaşlı futbolçunun müqaviləsini yenilədi
Atletico Madrid futbolçusu Pablo Barriosla yeni müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb. Yeni müqaviləyə əsasən, onun təzminat qiyməti 100 milyon avroya yüksəldilib.
Qeyd edək ki, Barrios 2017-ci ildən Madrid təmsilçisində oynayır. O, bu mövsüm La Liqada 4 matçda meydana çıxıb.