30/01/2023
13:20
4450
| A A A
"Vəziyyət göründüyü qədər sadə deyil" - Simeone

Atletico Madrid-in baş məşqçisi Dieqo Simeone klubdakı perspektivlərini dəyərləndirib.

Goal.az mütəxəssisin verdiyi açıqlamanı təqdim edir: “Müqaviləm mövsümü necə başa vurmağımızdan asılıdır. Hər mövsümdən sonra bir araya gələrək, necə irəli gedə biləcəyimizi qiymətləndiririk. Bu il də istisna olmayacaq. Vəziyyət göründüyü qədər sadə deyil. Mövsüm bitəndə hər şey məlum olur”.

Qeyd edək ki, Simeone 2011-ci ildən Atletico-nu çalışdırır.

GÜNÜN ƏN ÇOX OXUNANLARI