Athletic Bilbao Valverdeylə bağlı qərarını verdi
Athletic Bilbao baş məşqçisi Ernesto Valverde ilə müqaviləni uzadıb.
Goal.az xəbər verir ki, mütəxəssisin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
Qeyd edək ki, Valverde ötən ilin yayından Athletic-i çalışdırır. Bilbao təmsilçisi La Liqada 21 turdan sonra 32 xalla 7-ci sıradadır.