24/02/2023
11:35
3073
| A A A
Real Madrid-də itkilər

Real-ın futbolçuları Rodriqo Qoes və David Alaba Madrid klubunun növbəti oyunlarını buraxacaqlar.

Goal.az xəbər verir ki, hər iki oyunçu zədəlidir. Alabanın sıraya dönməsi üçün təxminən 1 ay vaxt lazımdır. Qomesin isə 10 gün komandasına kömək edə bilməyəcəyi qeyd olunub.

Bu isə o deməkdir ki, sözügedən futbolçular fevralın 25-də La Liqada Atletico və martın 2-də Barcelona ilə Kral kubokunun ilk yarımfinal matçını buraxacaqlar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI