Simeonedən rekord göstərici
La Liqanın 23-cü turunda Real Madrid-lə matç (1:1) Atletico-nun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis Madrid təmsilçisinin çalışdırıcısı kimi 425-ci oyununa çıxıb. Bu isə La Liqada rekord deməkdir. Simeone bir komandanın məşqçisi kimi İspaniya çempionatında ən çox oyuna çıxan mütəxəssis adını qazanıb. O, Real-da 424 oyun keçirən Miqel Munosun rekordunu qırıb.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən Atletico-nu çalışdırır.