Barcelona-da Real Madrid-lə oyun öncəsi daha bir itki
Barcelona-nın hücumçusu Ansu Fati komandasının bugünkü məşqini buraxıb.
Goal.az xəbər verir ki, bundan əvvəl Fati zədələndiyi üçün qeyri-müəyyən müddətə sıradan çıxıb. Məşqçilər heyəti Ansunun İspaniya Kral kubokunun yarımfinalının Real-la ilk oyununa qədər sağalacağına ümid edirdi. Lakin ispan oyunçunun sözügedən matçda iştirak etməyəcəyi görünür.